xebermen.az

Təyyarə qəzasında xəsarət alanların son vəziyyəti açıqlandı

10-01-2025, 21:44

 

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə beş nəfərin müalicəsi Yeni Klinikada davam etdirilir, bir nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, təxliyə olunan zaman ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar müalicəsi də uğurla davam etdirilib.

"Hazırda stasionar müalicəsi davam etdirilən digər şəxslərdən 2 nəfərin vəziyyəti qənaətbəxş, 1 nəfərin vəziyyəti kafi, Reanimasiya şöbəsində müalicə alan 2 nəfərin vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir.

Məlumat üçün bildirək ki, ambulator müalicə üçün evə buraxılan şəxslərin sağlamlıq durumları həmin şəxslərin məskunlaşdığı ərazilərdəki aidiyyəti tibb müəssisələri tərəfindən nəzarətdə saxlanılır, zərurət yarandığı hallar üzrə psixoloji dəstəklə də təmin olunurlar", - məlumatda bildirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930