xebermen.az

Bu üç ölkə "qara qutular"ı deşifrə edilməsində Qazaxıstana KÖMƏK EDƏCƏK

28-12-2024, 20:27

 

Rusiya, Azərbaycan və təyyarə istehsalçısı Braziliyadan olan mütəxəssislər Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qara qutularının deşifrə edilməsində Qazaxıstana kömək edəcəklər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan lideri Qasım-Jomart Tokayev razılığa gəliblər.

Baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerində tapılan "qara qutu"ların deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssisləri cəlb edəcək.

Tərəflər Qazaxıstan ərazisində aparılan bu işin obyektiv və şəffaf olacağına ümidvar olduqlarını bildiriblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031