xebermen.az

ABŞ Ukraynaya 425 milyon dollarlıq silah paketi göndərdi

2-11-2024, 09:26

 

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir silah paketi ayırdığını açıqlayıb.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, yeni yardım paketinə "NASAMS" zenit-raket sistemləri üçün döyüş sursatları, "HIMARS" çoxsaylı buraxılış raket sistemləri, daşına bilən "Stinger" zenit-raket sistemləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" tank əleyhinə sistemlər üçün döyüş sursatları, "Javelin" və "AT-4", tank əleyhinə sistemlər və PUA-lar, hava-yer döyüş sursatları, "Stryker" zirehli personal daşıyıcıları, atıcı silahlar və sursatlar daxildir.

Sənəddə vurğulanıb ki, Kiyevə silahlar PDA (Prezident Drowdown Authority) mexanizmi vasitəsilə veriləcək. Bu isə ABŞ prezidentinə fərmanla fövqəladə hallar zamanı Konqresin razılığı olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30