xebermen.az

"Lazım gələrsə, Tehran nüvə silahı yarada bilər" - İran rəsmisi

2-11-2024, 09:17

 

Tehran lazım gələrsə, nüvə silahı yaratmağa imkan verə biləcək bütün imkanlara malikdir.

Bunu İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının sədri Kamal Xarazi "Al Mayadeen" telekanalına deyib.

O, bildirib ki, İran nüvə silahı yaratmaq üçün texniki imkanlara malikdir və məsələnin texniki tərəfi ilə bağlı heç bir maneə yoxdur.

Xarazinin sözlərinə görə, yeganə “məhdudedici amil” İranın Ali lideri Ayətullah Əli Xameneinin əmridir: o, vaxtilə İranın nüvə silahı əldə etməyə çalışmayacağı barədə fətva vermişdi.

Ancaq Xarazi İranın nüvə doktrinasının dəyişdirilməsinin mümkün olduğunu, “xüsusən də İran ekzistensial təhlükə ilə üzləşərsə” belə addımlar atıla biləcəyini deyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30