xebermen.az

Ukraynanın PUA hücumları davam edir

16-11-2024, 09:48

Bryansk vilayəti üzərində Ukraynaya məxsus 4 pilotsuz uçuş aparat ələ keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bölgəyə təyyarə tipli PUA-larla hücum edilib. Onlar növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bu, noyabrın 15-də axşam saatlarında Ukraynanın hücumuna məruz qalan tək bölgə deyil. Belə ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Belqorod vilayətinin Şebekino şəhərində yaşayış binasına hücum edib.

Hava hücumundan müdafiə sistemləri Oryol vilayətində də PUA hücumunun qarşısını alıb. Ukrayna Kursk bölgəsinə isə bir saat ərzində 15 PUA göndərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031