xebermen.az

Nyu-Yorkda MƏXFİ GÖRÜŞ - Tehran İrəvani vasitəsi ilə Maska nə təklif edib?

15-11-2024, 09:44

 

Amerikalı milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.

Bu barədə "The New York Times" məlumat yayıb.

"İlon Mask bazar ertəsi Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb ", - nəşrin mənbələri qeyd ediblər.

Nəşr vurğulayır ki, söhbətin mövzusu İran və ABŞ arasında gərginliyin azaldılmasıdır.

Qəzetin yazdığına görə, məxfi yerdə baş tutub və bir saatdan çox davam edən görüş ilkin olaraq müsbət qiymətləndirilib.

Musk ilə görüşdə Tehran və Vaşinqton arasında birbaşa danışıqlar aparılmadan “çözüm” variantı müəyyən edilib. İrəvani amerikalı milyarderə biznesinin bir hissəsini İrana köçürməyi təklif edib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Effektivliyi Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930