xebermen.az

Ermənistan orduya adam toplayır – Hücum hazırlığı başlandı

10-04-2025, 17:19

 

Sərhəddə mütəmadi olaraq atəşkəsi pozan Ermənistan “təlim-məşq toplantısı” adı altında ehtiyatda olan hərbçiləri toplayır.

 Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplantısının keçirilməsi ilə bağlı qərar qəbul edib.

Təlimlər 25 gün nəzərdə tutulsa da, toplantının 2 ay (15 aprel-15 iyun) olacağı diqqət çəkir. Ermənistan bu təlimlərin ənənəvi olduğunu bildirsə də, son dövrlər sərəhəddə baş verən təxribatlar fonunda diqqət çəkir.

İstisna deyil ki, ehtiyatda olan hərbçilərin təlim adı ilə xidmətə çağırılması canlı qüvvə çatışmazlığını aradan qaldırmaq və növbəti təxribat hücumlarına hesablanıb. Daha öncə Ermənistanın sərhəd hücumları zamanı ölən erməni hərbçilər arasında təlim adı ilə orduya cəlb edilənlərin olması da bu gözləntini artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930