xebermen.az

Putin Trampdan görün nə tələb edib: Bu ərazilər Rusiyada qalır, digərləri isə...

19-03-2025, 09:53

 

Amerika Birləşmiş Ştatları ilə danışıqlar zamanı Rusiya tərəfi ələ keçirilən ərazilərin Ukraynaya verilməsinin mümkün olmadığını bəyan edib.

Bu barədə “Kommersant”-ın jurnalisti Andrey Kolesnikov məlumat verib.

Onun sözlərinə görə, Moskva Qərbin Krımı, Luqansk və Donetsk, Xerson və Zaporojya vilayətlərini Rusiya Federasiyasının tərkibində tanımasını gözləyir. Belə olan halda Rusiya Odessa və Ukraynanın nəzarətində olan digər ərazilərə iddia etməyəcək.

Martın 18-də Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında iki saatdan çox davam edən telefon danışığı olub. İki dövlətin liderləri Ukrayna münaqişəsinə son qoyulması ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əvvəl ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols bəyan etmişdi ki, ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş çərçivəsində Krımın Rusiya üçün, eləcə də ölkənin yeni ərazilərinin birləşdirilməsinə icazə verir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30