xebermen.az

İstanbulda böyük yanğın - 20 rayondan yanğınsöndürən cəlb olundu

18-02-2025, 08:20

 

İstanbulun Avcılar bölgəsində karton və plastik tullantıların saxlandığı emal zavodunda yanğın baş verib.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.

Tahtakale məhəlləsi, Servis küçəsində yerləşən emal zavodunda başlayan yanğın yanındakı 2 digər zavoda da keçib.

Yanğın Avcılar, Başakşehir, Böyükçəkməcə və Bağcılar da daxil olmaqla 20 müxtəlif bölgədən gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində təxminən 6 saat ərzində söndürülüb.

Hadisə nəticəsində 3 anbarın ciddi ziyan dəydiyi müəyyən edilib.

Yanğının başvermə səbəbi ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930