xebermen.az

Daha bir ölkə ÜST-dən çıxır

5-02-2025, 22:04

 

Argentina Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxacaq.

Ölkə prezidenti Xavyer Miley bu barədə göstəriş verib.

Bunu hökumətin rəsmi nümayəndəsi Manuel Adorni bildirib.

Onun sözlərinə görə, Xavyer Miley bu məsələnin həllini xarici işlər naziri Gerardo Verteynə tapşırıb.

Argentina hökuməti buna səbəb kimi COVID-19 pandemiyası zamanı qurumun səhiyyə siyasətinin yaratdığı sualları və təşkilatla aralarında yaranmış dərin fikir ayrılıqlarını əsas gətirib.

Xatırladaq ki, daha öncə ABŞ prezidenti Donald Tramp ölkəsini ÜST-dən çıxarıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031