xebermen.az

Rusiyada yaşayan əcnəbilərin sürücülük vəsiqələri etibarsız sayılacaq – Aprelin 1-dən

20-01-2025, 09:57

 

Rusiyada yaşayan bəzi əcnəbilərin xarici sürücülük vəsiqələri aprelin 1-dən etibarsız sayılacaq.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumat verilir ki, bu qərar Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi alınan tarixdən bir il keçən şəxslərə şamil ediləcək. Əks halda onların sürücülük vəsiqələri ölkədə qüvvəsini itirəcək.

Rusiyada sürücülər yenidən imtahan verməli olacaqlar

Qanunvericiliyə əsasən həmin şəxslər sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.

Qeyd edilir ki, müddəti bitmiş vəsiqə ilə avtomobil idarə edən sürücülər 15 min rubla (bu günkü məzənnə ilə 263 manat) qədər cərimə ediləcək. Həmin şəxslər həmçinin lisenziyaları bərpa olunana qədər sürücülük hüququndan məhrum olunacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930