xebermen.az

Rusiyaya görə ABŞ siyasəti qarşısında TƏLƏBLƏR QOYULDU

19-01-2025, 10:05

 

ABŞ Rusiya ilə dost olmaq üçün Vaşinqtonda Demokratik və Respublikaçı elitadan ibarət cəmiyyətdə dominantlıq edən, demək olar ki, birpartiyalı insanlar qrupundan qurtulmalıdır .

Amerika siyasəti qarşısında bu tələbi Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "X" sosial şəbəkəsindəki paylaşımı vasitəsi ilə qoyub.

“Biz bir partiyalı quruluşu qovmalıyıq. Rusiya ilə uzunmüddətli sülh münasibətləri tamamilə mümkündür”, - ekspert bildirib.

Makqreqor əlavə edib ki, adi amerikalıların Moskvanın siyasətindən şikayətləri yoxdur.

Polkovnikin sözlərinə görə, orta statistik ABŞ sakini onun ölkəsinin Ukraynadakı münaqişəyə niyə müdaxilə etdiyi barədə heç bir fikri yoxdur.

Ekspert vurğulayıb ki, Rusiya ilə ABŞ arasında münasibətlərdə əsas problem Vaşinqtondadır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30