xebermen.az

NATO Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb

5-01-2025, 21:03

 

Böyük Britaniya onilliklər ərzində yüksək səviyyəli raketdən müdafiəni təmin etmək üçün lazımi vəsait ayırmayıb və buna görə də krallıqdakı hərbi qurğular və xaricdəki Britaniya bazaları potensial düşmənlər üçün asan hədəf ola bilər.

Bu barədə “The Sunday Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyanın müdafiəsində zəifliklər NATO ekspertləri tərəfindən ölkənin döyüş hazırlığının yoxlanılması nəticəsində müəyyən edilib.

Bildirilib ki, London nüvə elektrik stansiyaları və hərbi bazalar da daxil olmaqla mühüm infrastrukturu qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə investisiyaları artırmalıdır.

Qeyd olunur ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin vəziyyəti ilə bağlı öz baxış sənədi üzərində işləyən NATO-nun keçmiş baş katibi Corc Robertsonun rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupu da Britaniyanın raketdən müdafiə sistemində problemlər aşkarlayıb. Bu sənədin yazda Böyük Britaniya hökuməti tərəfindən vəziyyəti düzəltmək üçün tövsiyələrlə birlikdə dərc ediləcəyi gözlənilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30