xebermen.az

Rusiyada hərbi helikopter qəzası - Ekipaj üzvləri ÖLDÜ

5-01-2025, 10:03

 

Rusiyanın Voronej vilayətində "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.

Bu barədə Voronejin "Moe" portalına İstintaq Komitəsinin hərbi İdarəsindən məlumat verilib.

“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyi bildirilir. Qəzanın səbəbləri məlum deyil”, - deyə məlumatda deyilir.

Qəzanın yanvarın 1-də baş verdiyi vurğuıanır. Sərt enişdən sonra yanğın "Mi-28"i tamamilə məhv edib. Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.

"Mi-28" helikopteri aktiv atəş müqaviməti şəraitində tankların və digər zirehli texnikanın, həmçinin aşağı sürətli hava hədəflərinin və düşmənin şəxsi heyətinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub".

Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30