xebermen.az

Dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI - Eyni anda 12 qohumunu itirdi

1-01-2025, 09:51

 

Cənubi Koreyanın Muan hava limanında "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində kişi 12 ailə üzvünü itirib.

Bu barədə o, "Yonhap" agentliyinə məlumat verib.

Kişi Taylandda tətildə olarkən qohumlarının yanında olduğunu deyib. Lakin işinə görə Cənubi Koreyaya yox, Hindistana getməyə məcbur olub. Təyyarə qəzası xəbəri gələn kimi həmin şəxs dərhal hadisə yerinə gedib.

“Balaca qızımın səsi beynimdə əks-səda verməyə davam edir. O, mənə dedi ki, babasının ad gününü qeyd edəcəklər”, - deyə kişi bildirib.

Xatırladaq ki, qəza dekabrın 29-da yerli vaxtla saat 9:07 (Bakı vaxtı ilə 5:07) radələrində Banqkokdan Muana 7C2216 reysini həyata keçirən "Boeing 737-800" təyyarəsi Muan hava limanına enərkən baş verib. Təyyarə hasara çırpıldıqdan sonra yanğın başlayıb. Təyyarədə 181 nəfər olub, yalnız iki ekipaj üzvü - bir kişi və bir qadın sağ qalıb, onlar ağır və orta dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930