xebermen.az

Mobil şəbəkə operatorları adından dələduzluq edilir - XƏBƏRDARLIQ

21-12-2024, 10:27

 

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından zənglər edilərək dələduzluq həyata keçirilir.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Belə ki, mobil internet sürətinin artırılması və 5G texnologiyasına keçidlə bağlı vədlər verilərək "WhatsApp" tətbiqi üzərindən müəyyən təlimatlar göndərilir.

Təlimatlarda vətəndaşlardan telefonun tənzimləmələrində "naməlum mənbələrdən olan tətbiqlərin quraşdırılmasına" icazə verilməsi və daha sonra göndərilən zərərli faylın quraşdırılması tələb olunur.

Təlimatlara əməl etdikdən sonra telefonun idarəetməsi tam şəkildə kiberdələduzların əlinə keçir. Nəticədə, bank kartlarında olan vəsaitlər və ayrılmış kredit xəttindəki maliyyə vəsaitləri digər hesablara köçürülərək mənimsənilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, tanımadıqları nömrələrdən cihazın parametrinin dəyişməsi ilə bağlı təklifləri qəbul etməməyi, şübhəli keçidlərə daxil olaraq bilinməyən məzmunları yükləməməyi, rəsmi məlumatı aidiyyatı operatorun özündən dəqiqləşdirməyi, tövsiyə edir", - qurumdan bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930