xebermen.az

Qaz limiti ilə bağlı vacib XƏBƏR

21-12-2024, 10:13

 

Hər il olduğu kimi 2024-cü ilin sonunda qaz sayğaclarında limitlərin yenilənməsi baş verəcək.

Bu sözləri  açıqlamasında "Azəriqaz" İB-nin Mətbuat Xidmətinin rəisi Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, smart kart tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 00:00-dan etibarən, yenilənməni avtomatik olaraq həyata keçirəcək:

"Artıq dekabrın 31-i 00:00-dan sonra ödəniş olunarsa, 12 qəpikdən (1200-lük limitə əsasən) hesablanacaq.

Mexaniki sayğaclardan istifadə edən abonentlərin limitlərinin yenilənməsi isə 5-6 yanvar tarixinə qədər çəkə bilər. Çünki abonentlər bəzən evdə olmur, bayram günlərində qonaq gedir. Lakin burada abonentlərin heç biri, hətta beş -6 gün sonra mexaniki sayğacların limitlərinin yenilənməsi prosesi həyata keçirilsə belə, heç bir narahatçılığa əsas yoxdur.

Hər bir abonentin 365 günü qorunur. Əgər bu il mexaniki sayğacla bağlı yenilənmə prosesi yanvarın 5-nə təsadüf edirsə, növbəti ilin yanvarın beşinə qədər həmin tarif və limitdən mavi yanacaq istifadə edə biləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30