xebermen.az

Bulvarda da yeni il yarmarkası olacaq

18-12-2024, 17:57

 

Bakı Bulvarı ərazisində Yeni il yarmarkası təşkil olunacaq.

Bunu  açıqlamasında Bakı Bulvar İdarəsinin rəsmisi Əfsanə Mehdiyeva deyib.

"Kukla Teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub. Bu hissə də bu il xüsusi tərtibatla hazırlanıb və Milli Parkın ziyarətçilərinin xüsusi marağına səbəb olub", - deyə o qeyd edib.

Ə.Mehdiyeva bildirib ki, bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni ilə xüsusi hazırlıq işləri aparılır.

"Yeni il ərəfəsində əhalinin, eləcə də, xarici qonaqlarımızın üz tutduğu əsas istiqamətlərdən biri kimi Bakı Bulvarı xüsusi bayram ab-havasına bürünür.

Bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni ilə xüsusi hazırlıq işləri aparılır.

Bu il Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhval-ruhiyyəsi daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edək", - o qeyd edib.

Ə.Mehdiyeva bildirib ki, Milli Parkın əksər hissələri, xüsusilə də ziyarətçi axınının sıx olduğu istiqamətlərin hər yeri bayram dekorasiyaları, müxtəlif Yeni il instalyasiyaları ilə bəzədilib.

"Demək olar ki, hər addımbaşı xüsusi işıqlarla bəzədilmiş yolkaları görmək mümkündür. Bildiyiniz kimi, şəhərimizin ən hündür və gözəl Yeni il yolkalarından ikisi məhz Bulvar ərazisində bəzədilir. Onların hündürlüyü təqribən 20 metrə yaxındır.

Bulvarın giriş hissələrində xüsusi tərtibatla işıq dekorasiyaları var. Və təbii ki, Kukla Teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub. Bu hissə də bu il xüsusi tərtibatla hazırlanıb və Milli Parkın ziyarətçilərinin xüsusi marağına səbəb olub", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30