xebermen.az

Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: Sensasion tədqiqat

17-12-2024, 21:59

 

Miçiqan Universitetinin alimləri insan ömrünü qısaldan qidaları müəyyən edib.

Bir ədəd hot-doq yemək insanın ömründən orta hesabla 36 dəqiqə alır və onu qazlı su ilə qəbul etsəniz, bu rəqəm daha 12 dəqiqə artır.

Tədqiqat çərçivəsində alimlər 5,8 mindən çox məhsulu qiymətləndirərək, tərkibindəki əlavələr, həmçinin mikro və makroelementlər əsasında analizlər yolu ilə onların fayda və zərərlərini müəyyən ediblər.

Mütəxəssislər sosiskaların ən zərərli qida olduğunu müəyyən ediblər. Onların ardınca insan ömrünə baha başa gələn, ondan 24 dəqiqəi qoparan kolbasa gəlir.

Üçüncü yeri yumurta və səhər yeməyi sendviçləri tutub. Onların hər biri insanın sağlam ömrünü 13,6 dəqiqə azaldır.

Tədqiqatçılar həmçinin fıstıq yağı və jele sendviçinin sağlam illəri uzatmaq üçün ən yaxşı qida olduğunu və 32 dəqiqəlik ömür verdiyini tapıblar.

Bu arada qoz-fındıq və toxum ömrü 24, meyvələr isə 10 dəqiqə uzadır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30