xebermen.az

Kimlər pulsuz dərman ala biləcəklər - VERİLMƏ TARİXİ VƏ SİYAHI

17-12-2024, 21:56

 

"Ambulator dərman vasitələrinin təminatına gələn ilin altı ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub".

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Bəs maraqlıdır, vətəndaşlar dərmanları haradan ala biləcəklər? Bir vətəndaşa nə qədər dərman verilə bilər? İllik limit varmı?

Bu suallarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə üz tutduq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada sığorta ilə qarşılanması nəzərdə tutulub:

"İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstələrinin dərman ehtiyacının qarşılanması planlaşdırılıb. Vətəndaşlar həkimə müraciət ediblər və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfində olan siyahıya və həkimin reseptinə uyğun olaraq veriləcək. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Yəni elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl apteklərdən ala biləcəklər".

Məlumatda qeyd olunub ki, "Tibbi sığorta haqqında" Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:

"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısında başlanacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930