xebermen.az

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib

1-11-2024, 15:01

 

Ağdam rayonunun Yusifcanlı kəndində naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cahangir Səfəralı oğlu Səfərovla Ağdam rayonu Quzanlı qəsəbəsində vida mərasimi keçirilib.

Şəhidin nəşi Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Cahangir Səfəralı oğlu Səfərov 1942-ci il iyunun 1-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 1993-cü il iyunun 12-də həmin kənddə itkin düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930