xebermen.az

Yemək yeyərkən telefondan istifadənin zərərləri

14-12-2024, 20:31

 

Araşdırmalar göstərir ki, yemək yeyərkən telefondan istifadə sağlamlıq üçün risklər yarada bilər. 

 Çester Universitetindən həkim Qaret Nay xəbərdarlıq edir ki, smartfonlar xəstəliyə səbəb ola biləcək zərərli mikrobları saxlaya bilər.

Ən çox rast gəlinən problemlər ishal və qusma kimi mədə-bağırsaq xəstəlikləridir və immun sistemi zəif olan insanlarda daha ciddi infeksiyalar baş verə bilər. 

Mütəxəssis qeyd edir ki, bakteriyalar ən çox hər gün bir çox əşyalarla, xüsusən də tualetdə təmasda olan əllər vasitəsilə smartfonlara düşür.

Həkim Nay yemək masasında qadcetlərdən istifadə etməməyi məsləhət görür. Bu mümkün deyilsə, əşyalara toxunduqdan sonra əllərinizi yaxşıca yumalı və telefonunuzu mütəmadi olaraq dezinfeksiya etməlisiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930