xebermen.az

Şad xəbər: bu şəxslərin maaşı artırılır

14-12-2024, 20:28

 

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.

 "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.

Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əmək haqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.

Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.

Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əmək haqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30