xebermen.az

Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır

11-12-2024, 21:03

 

Gəncədən Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən bildirilib.

Məlumata əsasən, Gəncə şəhərindən Xankəndi və Şuşaya müntəzəm olaraq sərnişin daşınması üçün müsabiqə elan olunub.

"Sərnişin daşınmasi üçün elan edilən tenderin qalibi ilə AYNA arasında müqavilə bağlanılacaq və qrafiklər müəyyən ediləcək. Böyük ehtimalla yanvar ayından etibarən Gəncə və ətraf rayonların sakinləri Xankəndi və Şuşa şəhərlərinə avtobuslar vaistəsi ilə gedə biləcəklər" - deyə qeyd edilib.

Qeyd edək ki, hazırda Gəncə şəhərindən işğaldan azad olunan şəhər və rayonlarımıza avtobus reysləri mövcud deyil.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031