xebermen.az

İpoteka ilə ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: gələn ildən... - VİDEO

8-12-2024, 09:47

 

Gələn ildən daha çox vətəndaş ipoteka kreditlərindən faydalana biləcək.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Deputat əlavə edib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.

O qeyd edib ki, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə edilir. Bütövlükdə, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur.

İndiyədək Fond tərəfindən 52 min 59 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 276 milyon manatdan çoxdur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930