xebermen.az

Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?

2-11-2024, 20:45

 

Orta məktəblərdə şagirdlərin həyata hazırlanması üçün onlara lazımi bilik və bacarıqların öyrədilməsi məqsədilə ana dili, riyaziyyat, ədəbiyyat, tarix və digər vacib fənlər tədris olunur. Bunlardan biri də biologiyadır. Təəssüflər olsun ki, bir sıra müəllimlər biologiya fənninə aid olan bəzi dərsləri şagirdlərə keçmirlər. Bunlar daha çox insan anatomiyası və cinsiyyət sistemi ilə bağlı olan dərslərdir. Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, müəllimlərin orta məktəblərdə cinsiyyətlə bağlı dərsləri keçməməsinin bir neçə səbəbi ola bilər:

"İlk növbədə mədəni və ictimai təzyiq faktoru var. Cəmiyyətin konservativ dəyərləri və cinsiyyət mövzularına dair tabular, müəllimlərin bu dərsləri keçməsini çətinləşdirən səbəblərdir. Xüsusilə də bu, bölgələrdə özünü daha çox büruzə verir".

G.Əkbərovanın sözlərinə görə, məktəblərdə tədris olunan fənlərdə cinsiyyət bərabərliyi və cinsiyyət mövzuları tədris proqramında öz əksini yetəri qədər tapa bilmir:

"Müəllimlərin cinsiyyət bərabərliyi və cinsiyyət mövzularında kifayət qədər biliklərin olmaması, mövzuya daha düzgün yanaşmanı bilməməsi də bu dərslərin keçirilməməsinə səbəb olur. Bəzən də valideynlər cinsiyyətlə bağlı dərsləri mənfi qarşılayırlar, bu da müəllimlərin həmin mövzuda danışmağını çətinləşdirir. Bu amillər cinsiyyət bərabərliyinin və anlayışının düzgün aydınlaşdırılmasını əngəlləyə bilər".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30