xebermen.az

Dünyada hər il milyon yarım insan buna görə ölür

2-12-2024, 09:13

 

Yanğınların səbəb olduğu hava çirklənməsi hər il dünyada milyon yarımdan çox insanın ölümünə gətirib çıxarır. Bu hallarının 90%-dən çoxu aşağı və orta gəlirli ölkələrin payına düşüb.

Bu barədə “Lancet” elmi jurnalında dərc olunmuş məqalədə deyilib.

Yanğınlarla əlaqəli hava çirklənməsindən ən çox ölüm halları Çin, Konqo Demokratik Respublikası, İndoneziya və Nigeriyada qeydə alınıb.

Məqalədə bildirilir ki, iqlim dəyişikliyi tez-tez intensiv meşə yanğınlarına səbəb olduğundan, qarşıdakı illərdə bundan ölümlərin daha da artacağı gözlənilir. Yoxsul ölkələrin iqlim ədalətsizliyi ilə üzləşdiyini vurğulayan tədqiqat müəllifləri sözügedən məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırırlar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031