xebermen.az

Kredit faizləri bahalaşıb - Səbəb nədir?

8-07-2025, 08:35

 

Azərbaycanda manatla verilən kreditlər bahalaşıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yeni verilən kreditlər üzrə ortaillik faiz dərəcəsi 18.90% təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.79 faiz artım deməkdir.

İqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, milli valyutada faiz dərəcələrinin artması bir neçə amillə izah oluna bilər.

Ekspert deyir ki, faizlərin yüksəlməsi adi vətəndaşların və sahibkarların kredit götürmək imkanlarına da təsirsiz ötüşmür. Faiz dərəcələrinin düşməsi üçün də bu məsələlərə diqqət yetirilməlidir.

Onun fikrincə, yaxın aylarda kredit faizlərinin enməsi gözlənilmir.

Qeyd edək ki, bu ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə də verilən kreditlər üzrə orta faiz dərəcəsi 6.59% təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.84 faiz çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031