xebermen.az

İstilik təchizatı ilə bağlı yeniliklər olacaq

4-06-2025, 14:45

 

Yeni “İstilik təchizatı haqqında” Qanun layihəsi ilə bağlı nəzərdə tutulan bir sıra gözləntilər açıqlanıb.

Bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” Qanun layihəsinin müzakirəsi məqsədilə bu gün təşkil etdiyi ictimai dinləmədə komitə sədri Sadiq Qurbanov məlumat verib.

O bildirib ki, layihədə investorlar üçün risklərin azaldılması da nəzərə alınıb:

“Texniki itkilərin və resurs israfının azaldılması, xidmət keyfiyyətinin artırılması, sosail obyektlər və yaşayış fondu üçün fasiləsiz istilik enerjisini təmin etmək, ətraf mühitə təsirin azaldılması, enerji effektivliyinin artırılması, dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modelinin qurulması, innovasiya və rəqəmsallaşma imkanlarının genişləndirilməsi, həmçinin, ağıllı sayğaclar və uçot sisteminin qurulması nəzərdə tutulub. Bundan başqa, investorlar üçün risklərin azaldılması da nəzərə alınıb”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30