xebermen.az

Sabah bu ərazilərdə işıq olmayacaq

21-04-2025, 21:45

 

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. 

Bu barədə "Azərişıq" ASC-dən bildirilib. 

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 13:00-dək Lənkəranın Şiləvar, Digah kəndləri, Qalayçılar və Kürə adlanan ərazilərində, saat 11:00-dan saat 15:00-dək Masallıda şəhər ərazisinin bir hissəsi, eləcə də Puşkin, Nəriman Nərimanov, Füzuli küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. 

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930