xebermen.az

Bakıda taksi qiymətləri ucuzlaşıb - Şirkətdən açıqlama

15-11-2024, 10:13

 

Son günlər Bakıda taksi xidmətində qiymətlər enib.

Səbəb kimi bayram günləri ilə əlaqədar Bakıdan bölgələrə axın, həmçinin yollarda tıxacın azalması göstərilir.

Sərnişinlər bildirirlər ki, taksilərlə bağlı dəyişiklikdən sonra ilk dəfədir ki, qiymətlərdə bu qədər enmə müşahidə edilir.

Sürücülər qiymətin enməsini müştəri azlığı ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı taksi şirkətlərindən bildirildi ki, son günlər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar Bakıdan bölgələrə axın olub. Bu, yollarda tıxacların azalma səbəblərindən biridir. Nəticə olaraq, taksi xidmətlərinin qiymətləri də müəyyən dərəcədə azalıb.

Qeyd edək ki, tıxacların azalması daha sürətli xidmətin göstərilməsinə də imkan yaradır. Tədbir bitəndən sonra qiymətlərin əvvəlki dinamikasına qayıdacağı proqnozlaşdırılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031