xebermen.az

50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar

Dünən, 10:08

 

50 yaşdan kiçik insanlarda miqren və digər qeyri-ənənəvi risk faktorları hipertoniya və ya yüksək xolesterin kimi klassik səbəblərlə müqayisədə insult riskini iki dəfə artıra bilər.

Nüfuzlu "Stroke" jurnalında dərc olunan araşdırmanın nəticələri insult keçirmiş mindən çox insanın məlumatlarının təhlilinə əsaslanıb. Onların yarısında insultun səbəbi məlum olmayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, bu xəstələrin, xüsusən də qadınların əhəmiyyətli bir hissəsində insultun səbəbi klassik risk faktorları deyil, miqren, damarlarda tromblar, qaraciyər və böyrək xəstəlikləri, xərçəng, hamiləlik ağırlaşmaları və şəkərli diabet kimi daha az rast gəlinən amillər olub. Bu əlaqə anadangəlmə ürək qüsuru - qulaqcıqlar arasındakı divarda kiçik dəlik olan "açıq oval pəncərə" ilə doğulan insanlarda xüsusilə güclü müşahidə olunub.

Tədqiqat miqren və digər qeyri-tipik amillərin qadınlarda insult riskinə kişilərlə müqayisədə daha çox təsir etdiyini də göstərib. Hətta bu cür hallar insult ehtimalını demək olar ki, ikiqat artırır.

Araşdırmanın rəhbəri, Helsinki Universitetinin doktoru Yukka Putaala qeyd edib ki, gənclərdə baş verən işemik insultların təxminən yarısının səbəbi müəyyən olunmur və onların əksəriyyəti qadınlarda müşahidə olunur. O, həkimləri qan təzyiqi və xolesterinlə bağlı standart suallardan əlavə, fərdi risklərin qiymətləndirilməsinə daha çox diqqət yetirməyə çağırıb. Onun sözlərinə görə, insultun təkrarlanmasının qarşısını almaq üçün xəstələrin diqqətlə müayinə olunması xüsusilə vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930