xebermen.az

Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA

16-04-2025, 18:18

 

Son zamanlar sürücüləri maraqlandıran məsələ avtomobillərin bazar qiyməti artsa da sığorta qiyməti sabit qalır. Avtomobil sahibləri icbari sığorta haqqının aşağı olmasından gileylənirlər. 

Bəs zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır?

Bu barədə sığorta məsələləri üzrə ekspert Emil açıqlama verib ki, icbari sığorta üzrə zərərlilik kifayət qədər artıb.

"Buna əsas səbəb ölkəyə gələn yeni avtomobillərdir. Çünki onların ehtiyat hissələri də bahadır. Həmin ehtiyat hissələrinin işlənmiş, 2ci əli yoxdur. Sığorta haqqında qanuna əsasən, icbari sığorta əldə edən şəxslər yol-nəqliyyat hadisəsi baş verdikdə, dəymiş ziyan müəyyən olunduqda, əvvəlki illərdə zərərlilik 2-3 min manat təşkil edirdisə, hazırda bu məbləğ 4-5 min manata çatır. Sığorta üzrə isə maksimum ödəniş 5 min manat təşkil edir. Hazırda 5 min qarşılayır bir çox zərəri. Amma orta zərər 5 mini keçərsə, bu zaman şəxs könüllü olaraq əlavəni qarşılaya bilər. Amma bu daha çox olarsa, gələcəkdə sığorta məbləğləri artırıla bilər". 

Ekspert qeyd edir ki, bununla bağlı gələcəkdə qanun layihəsi hazırlana bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930