xebermen.az

Pensiyalar yenidən artırılır

16-04-2025, 18:16

 

Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub.

 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 5 milyard 105 milyon 971.8 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4 faiz çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730, 8 min manat ayrılması nəzərdə tutulub.

Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226.9 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740,5 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879,3 min manat olacaq.

Qeyd edək ki, sosial büdcənin artması pensiyalarda da artımlara səbəb olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930