xebermen.az

Bu peşə beyin üçün ən təhlükəlisidir

11-04-2025, 21:07

 

Böyük Britaniyada aparılan araşdırma göstərib ki, polis əməkdaşları digərlərlə müqayisədə iki dəfə çox kəllə-beyin travması (KBT) alma riski daşıyır.

Bu travmalar həmçinin onlarda posttravmatik stress pozuntusuna (PTSP) səbəb olur. 617 polis üzərində aparılan tədqiqatda iştirak edənlərin 38 faizi həyatlarında ən azı bir dəfə KBT yaşayıb, 61 faizi isə bir neçə dəfə bu problemlə qarşılaşıb.

Araşdırma göstərib ki, xidmət zamanı KBT alan hər beş polis əməkdaşından biri PTSP əlamətləri daşıyır - bu da emosional gərginlik, günahkarlıq hissi və sosial münasibətlərdə çətinliklərlə müşayiət olunur. Polislər arasında xroniki baş ağrısı, yuxusuzluq və diqqət zəifliyi kimi problemlər də yayğındır.

Mütəxəssislər bu travmaların uzunmüddətli fəsadlar törətdiyini və polis əməkdaşlarına davamlı psixoloji dəstək və tibbi nəzarətin vacib olduğunu bildirirlər. Onların fikrincə, idmançılar üçün tətbiq olunan sarsıntı protokollarına bənzər sistem polislər üçün də yaradılmalı, diaqnostika və yardım bir-birini tamamlamalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031