xebermen.az

Dondurmalarla bağlı vəziyyət necədir? - AQTA-dan AÇIQLAMA

10-04-2025, 16:52

 

"Cari dövr ərzində dondurmalarla bağlı istehlakçılardan hər hansı şikayət daxil olmayıb".

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ötən dövr ərzində bu sahədə aparılan yoxlamalar zamanı aşkar edilmiş əsas nöqsanlar bəzi məhsulların sınaq nəticələrində aşkar olunmuş uyğunsuzluqlar, bir sıra müəssisələrdə texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, bəzən məhsulun üzərində olan enerji dəyəri ilə sınaq nəticələri əsasında müəyyən edilmiş enerji dəyəri arasında uyğunsuzluğun olması, bir çox hallarda istifadə olunan xammalların saxlanılması zaman temperatur rejiminə və saxlanma qaydaların əməl edilməməsi, işçilərin gigiyena qaydalarına əməl etməməsi və onların ilkin və dövri tibbi müayinədən keçməməsi olub".

Qeyd edilib ki, daha çox mövsümi olaraq istehlak olunan dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada AQTA tərəfindən nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir:

"Nəzarət tədbirləri çərçivəsində satışda olan dondurmalardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunur. Sınaq nəticələrində uyğunsuzluq aşkar edildiyi təqdirdə, qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlər görülməkdədir".

"Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazid hallarla rastlaşdıqda, bu barədə "1003" çağrı mərkəzinə zəng edərək və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək", - deyə məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444