xebermen.az

Ağırlıq qaldırmaq beynin fəaliyyətini gücləndirir

6-04-2025, 10:51

 

Ağırlıq qaldırmaq demensiyaya (əqli qabiliyyətin pisləşməsi - red.) qarşı güclü qorunmanı təmin edir.

 Braziliya Neyrologiya və Neyrotexnologiya İnstitutunun (BRAINN) rəhbərliyi ilə aparılan araşdırma bunu deməyə əsas verir.

Qeyd olunur ki, ilkin mərhələdə koqnitiv pozğunluğu olan 44 nəfər üzərində tədqiqat aparılıb.

Ağır atletika məşqləri edən şəxslərin yaddaş və neyron bütövlüyü baxımından daha yaxşı nəticələr verdiyi məlum olub.

"Tədqiqatın sonunda bəzi iştirakçılara artıq yüngül koqnitiv pozğunluq diaqnozu qoyulmayıb. Düşünürük ki, uzunmüddətli məşq proqramları demensiyanın inkişafını gecikdirə və ya tamamilə qarşısını ala bilər" - deyə tədqiqatın aparıcı müəllifi İsidora Ribeyru vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30