xebermen.az

Sarıkökün ürək çatışmazlığına faydası var?

6-04-2025, 10:40

 

Nebraska Universitetindən amerikalı alimlərin apardığı araşdırma sarıkökün ürək sağlamlığı üçün faydalı ola biləcəyini sübut edib.

Məşhur ədviyyatın əsas komponenti olan kurkumin əzələlərdə oksidləşdirici stresslə mübarizə edən Nrf2 geninin fəaliyyətini stimullaşdırır. Bu maddənin ürək çatışmazlığına təsiri siçanlar üzərində eksperimentlərdə yoxlanılıb.

Siçanların dərilərinə kiçik dozalarda kurkumin vuran xüsusi nasos yerləşdirilib.

Ürək çatışmazlığı olan heyvanlarda sarıkökün təsirindən beş ay sonra ürək əzələsinin işində nəzərəçarpacaq yaxşılaşma qeydə alınıb. Gəmiricilər daha uzun məsafələrə qaçmağa başlayıb və onların qaçış sürəti artıb.

Əhəmiyyətli odur ki, ürək çatışmazlığından əziyyət çəkməyən və sarıkök verilən nəzarət qrupundakı heyvanlar ürək dözümlülüyündə oxşar irəliləyişlər göstəriblər, onların da qaçış məsafəsi artıb.

Xatırladaq ki, əvvəlki tədqiqatlar da göstərir ki, kurkumin orqanizmə iltihabla mübarizə aparmağa kömək edir, həmçinin korluq və demensiyadan qoruyur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031