xebermen.az

Yaxın gələcəkdə insanlar 100 ildən çox yaşayacaqlar

6-04-2025, 10:18

 

"Tibbin nailiyyətləri və əlverişli sosial şərait yaxın gələcəkdə insanlara 100 ildən daha çox yaşamağa imkan verəcək".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Moskvadakı ofisinin rəhbəri Batır Berdıklıçev deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyada insanların ömrü uzanıb:

"Profilaktikanın müasir metodları, qidalanmanın yaxşılaşması, daha yaxşı həyat, iş şəraiti, tibbi yardımın əlçatanlığı orta ömür uzunluğunun artmasına təsir göstərib".

ÜST nümayəndəsi əlavə edib ki, 2020-ci ildən 2050-ci ilədək dünyada 80 və daha yuxarı yaşda olan insanların sayı üç dəfə artaraq, 426 milyon nəfərə çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930