xebermen.az

Bu supermarket məhsulu üzərindəki qiymətdən baha satırmış

4-04-2025, 22:31

 

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Grand-Mart" MMC- yə qarşı inzibati xəta protokolu tərtib edib.

Bu barədə agentlikdən bildirilib.

Məlumata görə, supermarket istehlakçıya qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Bununla da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu pozub.

Qeyd edək ki, "Grand-Mart" MMC Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərir. Supermarketlər şəbəkəsinin hazırda 30-dan yuxarı filialı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031