xebermen.az

Hərbi xidmətə yararsız olanlar bu sahələrdə çalışa bilməz - açıqlama

3-04-2025, 21:42

 

Hərbi xidmətə yararsız insanları ən çox narahat edən məsələlər sırasında gələcəkdə fəaliyyət göstərmək istədikləri sahələr dayanır.

Bəs sözügedən şəxslər hansı sahələrdə çalışa bilməzlər?

Mövzu ilə bağlı danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bu həmin şəxsin hansı səbəbdən hərbi xidmətə yararsız hesab edilməsindən asılıdır:

"Bir qayda olaraq həmin şəxslər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərə bilməzlər. Çünki burda fiziki imkanlar tələb olunur, yararsız sayılan şəxslər əlbəttə ki, sözügedən sahədə çalışa bilməzlər" - deyə o, bildirib.

Sahib Məmmədov əlavə edib ki, hansısa sahədə əlilliyi olan şəxs də təbii ki, bəzi sahələrdə işləyə bilməz:

"O baxır əlillik dərəcəsinə və işləmə qabiliyyətinə… Ancaq, bir qayda olaraq qeyd edilənlərdən əlavə digər sahələr üzrə ciddi məhdudiyyətlər yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031