xebermen.az

Bu gün sonuncu Qədr gecəsidir

26-03-2025, 15:27

 

Bu gecə Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub.

Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (Ramazan ayının 21, 23, 25, 27 və ya 29-cu günü) qeyd edirlər.

Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir.

Qeyd edək ki, martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930