Tibb Fəlsəfə Doktoru plastik,estetik,rekonstruktiv cərrahı “Dilqəm Məhərrəmov”dan açıqlama
Tibb Fəlsəfə Doktoru plastik,estetik,rekonstruktiv cərrahı
“Dilqəm Məhərrəmov” günlərdir ki,sosial şəbəkələri zəpt edən estetik cərrahlarla bağlı yayılmış xəbərə ona müraciət edən yanlış əməliyyat olan xəstələrlə video çəkərək cavab verib.
“Xebermen.az” xəbər verir ki,yayılmış siyahıda rezidenturadan keçmədiyi bildirilən “Saxta sənəd”lə 100-yə yaxın estetik cərrahın bu sahədə çalışması, insanları əməliyyat etməsi, deformasiyaya uğrayan və bəzi hallarda pasientlərdə ağırlaşmaların olduğu deyilir.
Siyahıda adı qeyd olunmuş bir neçə estetik cərrahın əl işləri və diplomları göz önündədir.
Belə ki, özlərinə ad vermiş “Dr”lar da az deyil.Bəzi “kosmetoloqlar,doctorlar” insanların həyatını təhlükəyə ataraq estetik əməliyyarlar icra edirlər.
Bununla bağlı Azərbaycanın nüfuzlu 17 Cərrahın qurumlara etdikləri şikayətlərdə digər cərrahların insan sağlamlığına önəm verməməsi,xəstələrin həyatını riskə atdığı qeyd edilib.
Bundan sonra dövlət qurumları həmin estetik cərrahlar və işlədikləri klinikalarla bağlı araşdırmalara başlayıb. 10-a yaxın klinikada tibb işçilərinin ixtisasına uyğun fəaliyyət göstərməməsi müəyyən edilərək onların barəsində inzibati tədbirlər görülüb.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova intagram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib. Daha sonra ittiham edilən tərəf Q.Ataşovanın özünün kimlərinsə sifarişini yerinə yetirdiyini iddia edib. Jurnalist isə sosial şəbəkə hesabında barəsində deyilənlərin gülünc olduğunu bildirib.
İnşallah ki,Səhiyyə Nazirliyi savadsız kadrları uzaqlaşdırıb savadlı kadrların önə çıxmasına,insanların sağlam yaşamasına görə tədbirlər görər.
Jurnalist:Gülzar Yusifli