xebermen.az

Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA

15-03-2025, 10:06

 

Bir neçə gündür ki, "Bakı Metropoliteni"nin "28 May" stansiyasının platformasında müxtəlif musiqilər səsləndirilir. Metropolitenin bu addımı pozitivliyə hesablansa da, səsləndirilən mahnılar arasında həm də xarici musiqilərə üstünlük verilməsi sərnişinlər arasında birmənalı qarşılanmayıb.

Əksər vətəndaşlar bununla bağlı narazılıqlarını da dilə gətiriblər.

Belə ki, ötən gün "28 may " metrostansiyasının platformasında "Sarı gəlin" xalq mahnısı səsləndirilsə də, bu gün səhər saatlarında Türkiyənin "Ah İstanbul" musiqisinə yer verilib. Elə narazılıqlar da bundan sonra başlayıb. Əcnəbilərin də istifadə etdiyi ictimai nəqliyyatda Azərbaycan mahnıları deyil, həm də xarici ölkələrin musiqilərinin təbliğ olunması tənqidlə qarşılanıb.

Sərnişinlərin çoxu Azərbaycanın paytaxtı Bakıda İstanbulla bağlı musiqinin səslənməsini doğru addım hesab etməyiblər.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət etdik. Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən yeniliyin səbəbini səs və aidiyyəti texniki qurğuların yoxlanılması ilə əlaqələndirib:

Qurum rəsmisinin İstanbulla bağlı səslənən musiqiyə münasibəti isə belə olub:

"Əsas odur ki, zövqü korlayan bayağı heç nə yoxdur. Heç bir musiqi parçasının xüsusi səbəbi yoxdur, dediyim normalar çərçivəsində olması vacibdir", - deyə Bəxtiyar Məmmədov qeyd edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30