xebermen.az

“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA

12-03-2025, 11:13

 

Bu gündən "Bolt" taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib.

Bu barədə bir qrup sürücü məlumat verib.

Onların sözlərinə görə, "Bolt" buna səbəb kimi həmin sürücülərin təlim sertifikatında uyğunsuzluqların aşkarlandığını göstərir. Bu səbəbdən sürücülərdən təlim sertifikatını yenidən təqdim etməyi tələb edir. Beləliklə, "Bolt" taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.

Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930