xebermen.az

Türkiyədən idxal olunan bu çaylarda təhlükəli bakteriya aşkarlandı

3-03-2025, 20:37

 

Nəzarət tədbirləri çərçivəsində "RAM Solutions" MMC-nin Türkiyədən idxal etdiyi (02.03.2024-02.03.2026-cı il istehsal tarixli, 1026 partiya nömrəli) “Deva Dünyası Gıda Kozmetik Ltd. Şti” müəssisəsinin istehsalı olan “Minceur Form Tea” (nar çiçəkli) əmtəə nişanlı bitki çayından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata görə, sınaq nəticəsinə əsasən, məhsul partiyasında E.coli bakteriyası aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 67,20 kq (240 qutu) bitki çayı məhv edilib.

Qeyd edilib ki, qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən hallar və təhlükəli qida məhsulları ilə bağlı məlumatlar Agentliyin rəsmi saytında yerləşdirilir. İstehlakçılar “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların AÇIQ REYESTRİ” və “Qida zəncirinə nəzarət” bölmələrində “Təhlükəli məhsulların reyestri” blokuna keçid etməklə müvafiq məlumatlar əldə edə bilərlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30