xebermen.az

Manatla verilən kreditlərlə bağlı VACİB AÇIQLAMA

1-03-2025, 22:15

 

Cari ilin yanvar ayında Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.75% təşkil edib.

Manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 1.19 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1.75 faiz bəndi artıb.

Qeyd edək ki, cari ilin fevral ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 27 milyard 514.7 milyon manata bərabər olub. Kredit portfelinin 14 milyard 709.9 milyon manatı biznes kreditləri, 8 milyard 551.7 milyon manatı istehlak kreditləri, 4 milyard 253.1 milyon manatı isə ipoteka kreditləri təşkil edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30