xebermen.az

Qubada qadının xəstəxananın sanitar qovşağında uşaq dünyaya gətirdiyi iddia olunur

28-02-2025, 16:11

 

Ötən gün böyrək sancısı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 34 yaşlı T. Konuxun tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirdiyi, daha sonra isə körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.

Bu barədə Bizim.media məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra Quba Rayon Mərkəzi Xəstəxanasının tibb personalı körpəyə və anaya təcili tibbi yardım şöbəsində yardım göstəriblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdiriliblər.

Qeyd olunub ki, qadının körpəsindən imtina etdiyi və onu öldürmək cəhdi ilə bağlı fakt Quba Rayon Prokurorluğunda araşdırılır.

Məsələ ilə bağlı Quba RMX-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda ana və yenidoğulmuşun vəziyyəti nəzarət altında saxlanılır:

"Ötən gün saat 07:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan 1991-ci il təvəllüdlü qadın müayinə edilib. Həmin şöbənin həkimi tərəfindən aparılan ilkin tibbi qiymətləndirmə zamanı pasiyentin hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub.

Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Neonatal reanimasiya tədbirləri yerinə yetirildikdən sonra ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.

Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir. Yenidoğulmuşun vəziyyəti isə ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Hazırda ana və yeni doğulmuşun vəziyyəti tibb müəssisəsində nəzarət altında saxlanılır".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30