xebermen.az

Kiberdələduzlar yeni yola əl atdılar - görüntülü yığıb

26-02-2025, 10:38

 

Əvvlcə vətəndaşlara adi nömrə ilə zəng edirlər... Sonra video görüntünün açılmasının vacib olduğunu bildirilər, ardınca da şəxsin üz görüntüsünü əldə edərək, dələduzluq edirlər...

 İnformasiya Texnologiyaları üzrə müxtəxəssis Elvin Abbasov deyir ki, bu üsulla süni intellektdən istifadə edərək şəxsin adından videolar düzəltmək mümkündür və dələduzlar da bunu icra edirlər.

Elvin Abbasov deyir ki, görüntü vasitəsilə şəxslərin adına banklardan kredit götürmək və ya bank kartlarından dələduzluq etmək isə mümkün deyil..

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli olmağı, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, tanımadıqları və ya etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinmək tövsiyə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031