xebermen.az

Azərbaycanda saytlara yenidən kiberhücum oldu

23-02-2025, 10:02

 

“Global Media Group”a daxil olan onlayn resurslara qarşı növbəti genişmiqyaslı və hərtərəfli kiberhücum həyata keçirilib.

Bunun nəticəsində “Report.az”, “Oxu.az”, “Media.az”, “Caliber.az”, “Baku.ws” saytlarının və "Baku TV"nin fəaliyyətində müvəqqəti problemlər yaranıb.

Artıq ikinci dəfə baş verən bu kütləvi hücumu dəf etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda saytların işinin tam bərpa olunması istiqamətində intensiv iş aparılır. Holdinqin IT komandası təhlükəsizlik tədbirlərini gücləndirərək, sistemin sabitliyini təmin etmək üçün çalışır.

Qeyd olunan xəbər resurslarında yeni məlumatların yerləşdirilməsi 24 fevral tarixindən etibarən nəzərdə tutulur. Bu müddət ərzində oxucularımız bütün yenilikləri sosial media platformalarımız vasitəsilə əldə edə bilərlər.

Xüsusilə vurğulamaq istərdik ki, bu adi DDoS hücumu deyil, peşəkar şəkildə təşkil olunmuş, yüksək səviyyədə planlaşdırılmış kiberhücumdur. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi məlumat verilib və məsələ onların da ciddi nəzarətində saxlanılır.

Redaksiya heyətimiz tam gücü ilə fəaliyyətini davam etdirir və tezliklə saytlarımızın işini tam bərpa edəcəyik!







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30